Azərbaycan Premyer Liqası: "Sumqayıt" "Zirə"ni qəbul edəcək

  Bölmə: Ölkə futbolu | 663 | 15:39 28-11-2021
Azərbaycan Premyer Liqası: "Sumqayıt" "Zirə"ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir matçı keçiriləcək.

İkinci oyun günündə bir qarşılaşma baş tutacaq,

11 xalla 6-cı sırada gedən "Sumqayıt" 19 xalla 4-cü pillədə qərarlaşan "Zirə"ni qəbul edəcək. Saat 16:00-da başlayacaq görüşü Rauf Cabarov idarə edəcək.

Komandalar indiyədək Premyer Liqada 24 dəfə üz-üzə gəliblər. Bunların 6-da "gənclik şəhəri" təmsilçisi, 11-də paytaxt klubu qələbə qazanıb, 7 matçda heç-heçə qeydə alınıb. Topların fərqində də "qartallar" üstündür - 30:21.

Meydan sahibləri son 4 çempionat oyununda rəqibinə uduzmayıb. Qonaqlar isə son 3 matçda xal qazanmağa müvəffəq olub.

Azərbaycan Premyer Liqası

XII tur

28 noyabr (bazar)

16:00. “Sumqayıt” – “Zirə”
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Nahid Əliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
"Kapital Bank Arena"

Qeyd edək ki, turun digər oyunlarında "Sabah" "Keşlə"ni 2:1, "Neftçi" "Səbail"i 1:0 hesabı ilə məğlub edib. Tura noyabrın 29-da keçiriləcək "Qəbələ" - "Qarabağ" matçı ilə yekun vurulacaq.


Digər xəbərlər