Lionel Messi Cənubi Amerikada ilin futbolçusu sayılıb

  Bölmə: Xarici futbol | 442 | 09:23 14-12-2021
Lionel Messi Cənubi Amerikada ilin futbolçusu sayılıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Cənubi Amerika zonasında 2021-ci ilin ən yaxşı futbolçusunu açıqlayıb.

Bu ada Fransanın PSJ klubunda çıxış edən Argentina millisinin üzvü Lionel Messi layiq görülüb.

34 yaşlı oyunçu ən yaxşı pleymeyker nominasiyasında da qalib olub. Argentina yığmasından Lionel Skaloni ən yaxşı milli komanda baş məşqçisi, Braziliya "Flamenqo"sundan Renato Qauşo ən yaxşı klub baş məşqçisi olub.

Messinin yığmadakı komanda yoldaşı, İngiltərə "Aston Villa"sının şərəfini qoruyan Emiliano Martines ən yaxşı qapıçı seçilib. Venesuelalı Xesus Valensuela ən yaxşı hakim, İspaniyanın "Real Madrid" klubunda çıxış edən braziliyalı Rodriqo isə ən yaxşı gənc oyunçu kimi fərqləndirilib.

Qeyd edək ki, Lionel Messi noyabrın 29-da karyerasında 7-ci dəfə "France Football" nəşrinin "Qızıl top" mükafatına layiq görülüb.


Digər xəbərlər