"Qarabağ" "Zirə"yə, "Sabah" "Səbail"ə qalib gəldi

  Bölmə: Ölkə futbolu | 1815 | 21:35 17-12-2021
"Qarabağ" "Zirə"yə, "Sabah" "Səbail"ə qalib gəldi

Azərbaycan Premyer Liqasında 2021-2022 mövsümünün ilk yarısına yekun vurulub.

14-cü turun son oyun günündə 2 matç keçirilib. Əvvəlcə "Səbail" "Sabah"ı qəbul edib və 3:0 hesabı ilə qalib gəlib.

 

Günün və ilin son oyununda isə lider "Qarabağ" evdə "Zirə" ilə qarşılaşıb. Görüş Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Musa Qurbanlı oyunda dubl edib.

 

Azərbaycan Premyer Liqası

14-cü tur

16 dekabr (cümə axşamı)

19:00. “Qarabağ” – “Zirə” - 2:0

Qollar: Musa Qurbanlı, 6, 53
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Qəzənfər Məmmədov, İnqilab Məmmədov
“Azersun Arena”.

16:30. “Səbail” – “Sabah” - 0:3

Qollar: Coy-Lens Mikels, 33 (0:1), Ceyhun Nuriyev, 46 (0:2), Xuan Kamara, 90+4
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
“ASCO Arena”.

15 dekabr (çərşənbə)

19:00. “Sumqayıt” – “Keşlə” - 1:3 

16:00. “Qəbələ” – “Neftçi” - 1:1

N Klublar O Q H M T-F X
1 Qarabağ 14 10 3 1 30-8 33
2 Qəbələ 14 7 5 2 23-14 26
3 Neftçi 14 6 4 4 21-19 22
4 Zirə 14 6 4 4 22-16 22
5 Sabah 14 5 2 7 20-23 17
6 Keşlə 14 4 2 8 17-24 14
7 Sumqayıt 14 3 3 8 9-20 12
8 Səbail 14 3 1 10 11-29 10

 

Bombardirlər:

Davit Volkov ("Zirə") - 10 qol

Filip Ozobiç ("Qarabağ") - 7 qol

Musa Qurbanlı "Qarabağ") - 6 qol

Abdullah Zubir ("Qarabağ") - 6 qol

Coy-Lens Mikels ("Sabah") - 6 qol

Ülvi İsgəndərov ("Qəbələ") - 5 qol


Digər xəbərlər