Sumqayıtda boks üzrə "Master-Class" təlimi keçirilib

  Bölmə: DNMAİF | 651 | 23:30 25-12-2021
Sumqayıtda boks üzrə "Master-Class" təlimi keçirilib

25 dekabr 2021-ci il tarixində Sumqayıt şəhər Paralimpiya İdman Kompleksində Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə Boks üzrə Əməkdar İdman Ustası, Prezident mükafatçısı, Dünya çempionu, Dünya Kubokunun qalibi və İslam Həmrəyliyi Oyunlarının çempionu Cavid Çələbiyev uşaq və yeniyetmələr üçün «Master Class» təlimi keçib, boksçulara müxtəlif fəndlərin icrasını nəzəri və praktiki formada izah edib.

Tədbirdə, Milli Paralimpiya Komitəsinin Vitse-prezidenti, Sumqayıt Paralimpiya İdman Kompleksinin direktoru Yaşar Hacıyev, Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Cavid Allahverdiyev, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rüfət Mahmudzadə, üzgüçülük üzrə London 2012 Paralimpiya çempionu Natali Rəcəbli, Cavid Çələbiyevin ilk məşqçisi, Əməkdar məşqçi Nəvai Quliyev çıxış edərək, narkomaniyanın insan mənəviyyatını məhv etdiyini, narkomaniya bəlasından uzaq olmaq üçün yeniyetmə və gənclərin sağlam həyat tərzinə cəlb olunmalarında idmanın rolu haqqında məlumat veriblər.

Məsul katib Gülnarə Məlikova.


Digər xəbərlər