Fərid Qayıbov Suraxanı Gənclər Evində olub

  Bölmə: Gənclər siyasəti | 221 | 16:00 26-12-2021
Fərid Qayıbov Suraxanı Gənclər Evində olub

Dekabrın 25-də gənclər və idman naziri Fərid Qayıbov konfederativ və iri gənclər təşkilatlarının nümayəndələri ilə görüşüb.

Suraxanı Gənclər Evində keçirilən görüşdə 13 böyük gənclər təşkilatlarının rəhbərləri iştirak edib. Nazir öncə Suraxanı Gənclər Evinin fəaliyyəti ilə tanışıb olub. Bundan öncə keçirilmiş görüş zamanı Gənclər evlərinin fəaliyyətinin təkmilləşdirilməsi, gənclər təşkilatlarının fəaliyyətinə dair qanunvericilik, regionlarda gənclərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, özəl sektorun gənclərin fəaliyyətini dəstəkləməsi ilə bağlı korporativ sosial məsuliyyət çərçivəsində əməkdaşlıq, gənclərin könüllülük fəaliyyəti, tələbələrin gənclər evlərində təcrübə keçmələri, təlimçilərlə iş və s. istiqamətlər üzrə hazırlanmış təkliflərin gənclər təşkilatları tərəfindən təqdimatları olub.

Sonda nazir qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə gənclər təşkilatlarını təbrik edib və görüşlərin daimi keçirilməsinin vacibliyini qeyd edib. Görüşdə nazir müavini İndira Hacıyeva, Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev və nazirliyin Kadr hazırlığı sektorunun baş məsləhətçisi Ramil Cəbrayılov da iştirak ediblər.


Digər xəbərlər