Millimiz gerilədi

  Bölmə: Ölkə futbolu | 1436 | 15:42 29-12-2021
Millimiz gerilədi

Avropada futzal üzrə milli komandaların 2021-ci il üçün son reytinq cədvəli açıqlanıb.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Azərbaycan millisi ötən illə müqayisədə 1 pillə geriləyərək 7-ci pillədə qərarlaşıb. Komandamızın hesabında 2015 xal  var.

Siyahıya 2493 xalla İspaniya millisi başçılıq edir. Rusiya 2464 xalla ikinci, Portuqaliya isə 2450 xalla üçüncü sırada yer alıb.


Digər xəbərlər