"Neftçi"nin sonuncu rəqibi də bilindi

  Bölmə: Ölkə futbolu | 546 | 17:28 07-01-2022
"Neftçi"nin sonuncu rəqibi də bilindi

"Neftçi"nin Antalyadakı təlim-məşq toplanışında qarşılaşacağı sonuncu rəqibinin də adına aydınlıq gəlib.  

Son ölkə çempionu Bolqarıstanın SSKA-1948 klubu ilə qarşılaşacaq. Bu barədə Sofiya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Yanvarın 24-də keçiriləcək görüşün başlama saatı məlum deyil.

 

Qeyd edək ki, yanvarın 5-dən bir araya gələn “Neftçi” ayın 10-da Türkiyəyə yollanacaq. 15 gün burada hazırlıq keçəcək “ağ-qaralar” yanvarın 14-də “Kişvarda” (Macarıstan), 19-da isə “Visla” (Plotsk, Polşa) ilə yoxlama oyunu keçirəcək.


Digər xəbərlər