Gürcüstan yığmasına ilk dəfə azərbaycanlı güləşçi vəsiqə qazanıb

  Bölmə: Güləş | 219 | 12:43 13-01-2022
Gürcüstan yığmasına ilk dəfə azərbaycanlı güləşçi vəsiqə qazanıb

Rustavi şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən Gürcüstan çempionatının mükafatçılarından biri azərbaycanlı soydaşımız olub.

Marneuli sakini Rəşad Orucov 55 kiloqram çəki dərəcəsində bürünc medal əldə edib.

Rayonun “Olimp” idman məktəbinin yetirməsi olan Orucov bu nəticə ilə Gürcüstanın yunan-Roma güləşi üzrə milli komandasına vəsiqə qazanıb. 


Digər xəbərlər