Rusiya millisinin baş məşqçisi həmyerlimizi komandasında görmək istədiyini bildirib

  Bölmə: Güləş | 789 | 12:25 15-01-2022
Rusiya millisinin baş məşqçisi həmyerlimizi komandasında görmək istədiyini bildirib

Bir neçə gün öncə sərbəst güləş üzrə Rusiyanın Sibir vilayətinin Kemerov bölgəsinin birinciliyi keçirilib.

Birincilikdə çıxış edən Kuzbas şəhərinin təmsilçisi həmyerlimiz Toğrul Nəcəfquliyev 80 kq çəki dərəcəsində gümüş medal qazanıb və bölgə yığmasının heyətinə vəsiqə əldə edib. 

"Sibir pələngi"

Qeyd edək ki, bu yarışdan əvvəllər də 15 yaşlı Toğrul bir neçə turnirdə fərqlənib. "Sibir pələngi" nin hətta potensialını dəyərləndirən böyüklərdən ibarət Rusiya millisinin baş məşqçisi Canpolad Tedeev söhbət əsnasında Toğrula bildirib ki, səni öz komandamda gözləyirəm.

Xatırladaq ki, Toğrul Nəcəfquluyev əslən Azərbaycandan olan İmişli güləş məktəbinin yetirməsi Anar Nəcəfquluyevin övladıdır. Ailənin kiçik övladı Hüseyn Nəcəfquluyev də aşağı yaş qruplarında güləşin sirlərini öyrənir.

Yeniyetmə pəhləvanların atası Anar Nəcəfquluyev fürsətdən istifadə edərək ürək sözlərini "Olimpsport.az" la bölüşərək övladlarının uğurlarına görə onların məşqçisi, idman ustası Serqey Buxmellerə və Beynəlxalq dərəcəli idman ustası və hakimi Vladimir Sekletsova öz dərin minnətdarlığını bildirdi.

R.Allahverdiyev


Digər xəbərlər