"Narkotiksiz Dünya Naminə" adlı tədbir keçirilib

14 yanvar 2022-ci il tarixində Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə "Narkotiksiz Dünya Naminə" adlı tədbir keçirilib.
Tədbirdə, Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Cavid Allahverdiyev çıxış edərək, son illərdə gənc nəslin pis vərdişlərə, narkomaniyaya meylli olmasından və bu bəladan uzaq olmaq üçün yeniyetmə və gənclərin sağlam həyat tərzinə cəlb olunmalarında idmanın rolundan danışıb.
Sonda, MMA (Qarışıq Döyüş Növləri) üzrə 10-qat Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi, Rusiya çempionu, Dünya və Asiya çempionu, Dünya və Avropa çempionatlarının finalçısı, MMA üzrə idman ustası Etiqad Atakişiyevin iştirakı ilə "Master Class" təlimi keçirilmişdir. Görüş zamanı Etiqad Atakişiyev idmançılara müxtəlif fəndlərin icrasını nəzəri və praktiki formada izah edib.
Qeyd edək ki, bundan öncə sərbəst güləş üzrə üç dəfə Dünya və Avropa çempionu, 2 dəfə Olimpiya Oyunlarının mükafatçısı Hacı Əliyev, boks üzrə Dünya çempionu, İslam Həmrəyliyi Oyunlarının qalibi, Rio 2016 və Tokio 2020 Olimpiya Oyunlarının iştirakçısı Cavid Çələbiyevin iştirakı ilə də,"Master Class" təlimi keçirilmişdir.
Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin məsul katibi Gülnarə Məlikova.
-
“Zəfər 2021” Beynəlxalq İdman Mükafatının XIV təqdimat mərasimi keçirilib
...
-
Sumqayıtda boks üzrə "Master-Class" təlimi keçirilib
...
-
Fərid Qayıbov Beynəlxalq Boks Assosiasiyasının (IBA) prezidenti Umar Kremlyovu qəbul edib
…
-
Məktəblilər arasında Dron yarışı keçirilmişdir
...
-
Hacı Əliyev "Master Class" təlimi keçdi
...
-
Hacı Əliyev "Master Class" təlimi keçəcək
...
-
Respublika Velotrekində “İdmançılar dopinqə və narkotikə yox deyir!” devizi altında konfrans təşkil edilib.
...
-
Cavid Allahverdiyev Dünya Həvəskar İdman Şurasına üzv seçilib
...
-
4:4 - Qələbə bizimlədir!
...
-
Cavid Allahverdiyevin Azərbaycan Mətbuat Şurasının Sədri Əflatun Amaşovla görüşü olub
…