"Zirə"dən Polşa klubu ilə əzmkar heç-heçə

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” bu gün ikinci yoxlama görüşünü keçirib.
Komanda Polşanın yüksək liqa təmsilçisi“Qurnik”lə qarşılaşıb. Oyundan əvvəl komandalar 20 Yanvar şəhidlərinin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. "Zirə" futbolçuları meydana qara sarğı ilə çıxıb.
Görüş 2:2 hesabı ilə başa çatıb. Oyunun gedişində Polşa klubu 2 top fərqi ilə irəlidə olsa da, Təmkin Xəlilzadə 50-ci, İlkin Muradov isə 60-cı dəqiqədə fərqlənərək məğlubiyyətə imkan verməyiblər.
Qeyd edək ki, “Zirə” ilk sınaq oyununda Macarıstan klubu “Zeç”ə 3:5 hesabı ilə uduzub. Bakılılar son yoxlama görüşünü yanvarın 24-də “Breqalniça”ya (Şimali Makedoniya) qarşı keçirəcək.
"Zirə" - "Qurnik" - 2:2
Qollar: Təmkin Xəlilzadə (pen), İlkin Muradov
Birinci hissə "Zirə"nin heyəti:
41. Anar Nəzirov, 4. Cəlal Hüseynov, 8. İlkin Muradov, 9. Loris Broqno, 10. Ağabala Ramazanov (K), 18. David Volkov, 19. Təmkin Xəlilzadə, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev, 44. Dimitrios Çantakias, 91. Coşqun Diniyev
İkinci hissədə "Zirə"də meydana girənlər:
41. Anar Nəzirov (1. Mehdi Cənnətov), 10. Ağabala Ramazanov (K), 91. Coşqun Diniyev (13. Ramin Əhmədov), 4.Cəlal Hüseynov (15. Ruslan Abışov), 19. Təmkin Xəlilzadə, 32. Qismət Alıyev, 44. Dimitrios Çantakias, 9. David Volkov (47. Mohamed Hamdaoui), 21. Hacıağa Hacılı (56. Samir Ağayev), 8. İlkin Muradov (61. Nizami Səmədov), 9. Loris Broqno (64. Mahmud Ağayev)
-
“Qarabağ”ın 2-ci mərhələdəki mümkün rəqibi bəlli oldu
…
-
“Lex” - “Qarabağ” cütünün məğlubu bu komanda ilə qarşılaşacaq
…
-
"Neftçi", "Zirə" və "Qəbələ"nin Konfrans Liqasındakı rəqibləri
…
-
Riçard Almeyda daha 1 il "Qarabağ"da
...
-
İlham Əliyev Avropa çempionu olan millimizi qəbul etdi
...
-
"Qarabağ"ın ÇL-dəki rəqibi
...
-
Millimizin Avropa çempionluğu konsertlə qeyd olunacaq
...
-
Azərbaycan yığması ilk "5-lik"də yer alıb
...
-
"Qəbələ"də 3 yeni müqavilə, 2 ayrılıq
...
-
Canni De Byazi: "Qalib gəlmişik deyə, rahatlaşmamalıyıq"
...