Millimiz Avropa çempionatında mübarizəni dayandırdı

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının qrup mərhələsində sonuncu oyununa çıxıb.
Joze Alesio Da Silvanın komandası D qrupunun 3-cü turunda Bosniya və Herseqovinanı sınağa çəkib və 4:2 hesabı ilə qalib gəlib. Ancaq bu qələbə millimizin qrupdan çıxması üçün kifayət etməyib. Çünki İspaniya Gürcüstanı 8:0 hesabı ilə məğlub edib.
Beləliklə, İspaniya 1-ci, Gürcüstan 2-ci yerin sahibi kimi növbəti mərhələyə yüksəlib. Yığmamız isə qrupu 4 xalla 3-cü pillədə başa vurub.
Avropa çempionatı
D qrupu, 3-cü tur
29 yanvar
20:30 Azərbaycan - Bosniya və Herseqovina - 4:2
Qol: Bolinya, 6:22. E.Borges, 10:02. R.Vilela, 32:35. Qallo, 39:52 – A.Radmiloviç, 11:50-pen. N.Kahvedziç, 31:20.
Hakimlər: Daniel Matkoviç (İsveçrə), David Qrondal Nissen (Danimarka), Yan Kresta (Çexiya)
Amsterdam. "Ziggo Dome"
20:30. Gürcüstan - İspaniya - 0:8
Xal durumu: İspaniya - 7. Gürcüstan - 6. Azərbaycan - 4. Bosniya və Herseqovina - 0.
Qeyd edək ki, qrupdakı ilk matçında Gürcüstana 2:3 hesabı ilə uduzan Azərbaycan millisi ikinci görüşdə İspaniya ilə heç-heçə edib - 2:2.
-
“Sabah” hazırlıq üçün bu ölkəni seçdi
…
-
UEFA Region Kuboku: Azərbaycan təmsilçisi turnirlə vidalaşıb
…
-
"Qarabağ" Rumıniya klubunu darmadağın edib
…
-
"Neftçi" növbəti transferini açıqlayıb
...
-
"Cəbrayıl" UEFA Region Kubokunda ilk görüşünə çıxır
...
-
"Kəpəz"də daha dörd müqavilə
…
-
"Qəbələ" - "Fehervar" oyununun saatı müəyyənləşib
…
-
Konfrans Liqası: "Neftçi"nin "Aris"lə oyunlarının başlama saatı açıqlanıb
...
-
Azərbaycan millisi FIFA reytinqində irəliləyib
...
-
"Neftçi" israilli futbolçu ilə müqavilə bağlayıb
...