"Qarabağ"dan qələbə, "Neftçi" "Sabah"la heç-heçə etdi

  Bölmə: Ölkə futbolu | 1399 | 00:52 02-02-2022
"Qarabağ"dan qələbə, "Neftçi" "Sabah"la heç-heçə etdi

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə start verilib.

İlk oyun günü iki görüş keçirilib “Qarabağ” öz meydanında “Keşlə” ilə üz-üzə gəlib. Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb. 

 Günün digər matçında isə “Neftçi” “Sabah”ı qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb.

1/4 finalın digər oyunları sabah keçiriləcək. “Zirə” “Səbail”i, “Sumqayıt” isə “Qəbələ”ni qəbul edəcək. Bu mərhələnin cavab matçları isə fevralın 12-si və 13-də oynanılacaq.
 
Azərbaycan kuboku

1/4 finalın ilk oyunları

1 fevral

19:45.“Neftçi” – “Sabah” - 1:1 

Qollar: Voyislav Stankoviç, 41 (1:0), Coy-Lens Mikels, 50 (1:1)
Hakimlər: Əliyar Ağayev, Müslüm Əliyev, Kamran Bayramov, Kamranbəy Rəhimov.
Bakı. “Bakcell Arena”
 
17:30.“Qarabağ” – “Keşlə” - 1:0 

Qollar: İbrahima Vadji, 56 (1:0)
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Cəmil Quliyev, Rauf Allahverdiyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu
 

2 fevral 

17:00.“Zirə” – “Səbail”
Hakimlər: 
Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Nicat İsmayıllı
Zirə İdman Kompleksinin stadionu

19:15.“Sumqayıt” – “Qəbələ”
Hakimlər:
 Rauf Cabarov, Cavanşir Yusifov, Nahid Əliyev, Fərid Hacıyev
 “Kapital Bank Arena”


Digər xəbərlər