"Zirə"dən darmadağın, "Qəbələ" qalib gəldi

  Bölmə: Ölkə futbolu | 1399 | 10:25 03-02-2022
"Zirə"dən darmadağın, "Qəbələ" qalib gəldi

Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Qol.az xəbər verir ki, ikinci oyun günündə də iki görüş keçirilib.

 

“Zirə” öz meydanında “Səbail” üz-üzə gəlib. Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda 4:0 hesablı qələbə qazanıb. . 

Günün digər matçında "Sumqayıt" “Qəbələ”ni qəbul edib. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk günündə “Qarabağ” – “Keşlə” (1:0) və “Neftçi” – “Sabah” (1:1) matçları keçirilib.

2 fevral (çərşənbə)

Azərbaycan kuboku

1/4 final, ilk oyunlar

19:15. “Sumqayıt” – “Qəbələ” - 0:1 

Qol: İsnik Alimi, 26-pen.
Baş hakim: Rauf Cabarov
“Kapital Bank Arena”

17:00. “Zirə” – “Səbail” - 4:0 
Qol: 
Mohamed Hamdaui, 45+2, Broqno, 59, Keyta, 72, Broqno, 86
Baş hakim: Kamal Umudlu
Zirə İdman Kompleksinin stadionu

1 fevral

"Neftçi” – “Sabah” - 1:1 

“Qarabağ” – “Keşlə” - 1:0 


Digər xəbərlər