"Bu klubun bir hissəsi olmaq heyrətamizdir" - Mahir Emreli

Millimizin futbolçusu Mahir Emreli yeni klubu "Dinamo"nun (Zaqreb) rəsmi televiziyasına müsahibəsi verib.
25 yaşlı hücumçu komanda yoldaşları və baş məşqçi Jelko Kopiçlə tanış olduğunu bildirib: "Buraya gələndə hamı mənə qarşı isti münasibət göstərdi və ilkin təəssüratlarım əladır. Mənə söylədilər ki, nəyə ehtiyacım olsa, onlarla əlaqə saxlaya bilərəm. Burada tanıdıqlarım əla insanlardır. "Dinamo"ya keçdiyim üçün xoşbəxtəm. Həqiqətən də bu klubun bir hissəsi olmaq heyrətamizdir. Komandanın keyfiyyəti barədə danışmağa ehtiyac yoxdur, hər kəs bunu çox yaxşı bilir".
Emreli daha əvvəl Zaqreb təmsilçisinin bir neçə oyununu izlədiyini vurğulayıb: "İngiltərənin "Tottenhem" klubuna qarşı matç möhtəşəm idi. "Dinamo" göstərdi ki, rəqib top klub olsa da, müqavimət göstərmək mümkündür və hamı bu komandaya hörmət etməlidir".
Qeyd edək ki, Polşa "Legiya"sından ayrılan Mahir Emreli "Dinamo" ilə 4,5 illik müqavilə imzalayıb.
-
“Sabah” hazırlıq üçün bu ölkəni seçdi
…
-
UEFA Region Kuboku: Azərbaycan təmsilçisi turnirlə vidalaşıb
…
-
"Qarabağ" Rumıniya klubunu darmadağın edib
…
-
"Neftçi" növbəti transferini açıqlayıb
...
-
"Cəbrayıl" UEFA Region Kubokunda ilk görüşünə çıxır
...
-
"Kəpəz"də daha dörd müqavilə
…
-
"Qəbələ" - "Fehervar" oyununun saatı müəyyənləşib
…
-
Konfrans Liqası: "Neftçi"nin "Aris"lə oyunlarının başlama saatı açıqlanıb
...
-
Azərbaycan millisi FIFA reytinqində irəliləyib
...
-
"Neftçi" israilli futbolçu ilə müqavilə bağlayıb
...