Pekin-2022: Azərbaycan idmançısının finalda sıra nömrəsi bəlli olub

Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsevin Pekin-2022 Qış Olimpiya Oyunlarının sərbəst proqramında buz üzərinə çıxacağı sıra nömrəsi bəlli olub.
21 yaşlı idmançı II qrupda mübarizə aparan ilk konkisürən olacaq.
Litvintsev ilk "6-lıq"dan sonra 7-ci sırada məharətini göstərməyə çalışacaq. Yarış fevralın 10-da Bakı vaxtı ilə saat 5:30-da start götürəcək. Azərbaycan təmsilçisinin yer aldığı qrupda Brendan Kerri (Avstraliya), Denis Vasilyev (Latviya), Mark Kondratyuk (Rusiya Olimpiya Komitəsi), Adam Siao Him Fa (Fransa) və Matteo Ritso (İtaliya) da yer alıb.
Litvintsev qısa proqramda 84,15 xalla 18-ci olub və "24-lüy"ə düşməyi bacardığı üçün sərbəst proqramda iştirak hüququ qazanıb.
Qeyd edək ki, Azərbaycanın qadın fiqurlu konkisürəni Yekaterina Ryabova fevralın 15-də məharətini sərgiləyəcək. Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.
-
Azərbaycan boksçuları beynəlxalq turnirdə 7 medal qazanıb
...
-
Rafael Ağayevdən 3-cü qələbə
…
-
Azərbaycan millisi Avropa üçüncüsü oldu
…
-
Azərbaycan cüdoçuları Avropa çempionatında komanda hesabında birinci yeri tutub
…
-
Azərbaycan cüdoçuları Avropa çempionatında 8-ci medalı qazanıblar
...
-
Azərbaycan cüdoçuları Avropa çempionatında bir günə 4 medal qazanıb
…
-
Beynəlxalq turnirdə ermənilərə qalib gələn boksçularımız finala vəsiqə qazanıb
...
-
Avropa Cüdo Birliyində yeni prezident
...
-
Azərbaycanın 2 bədii gimnastı finala çıxıb
...
-
Dünya çempionatı: Azərbaycan paralimpiyaçısı qızıl medal qazanıb
...