Nazir Pekində idmançılarımızla görüşüb

  Bölmə: Olimpiya Növləri | 3170 | 18:44 14-02-2022
Nazir Pekində idmançılarımızla görüşüb

Bu gün gənclər və idman naziri Fərid Qayıbov Pekin Olimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançılarımız Vladimir Litvintsev və Yekaterina Ryabova ilə görüşüb.

Pekin-2022-də Olimpiya komandamızın missiya rəhbəri Anar Bağırov idmançılar üçün yaradılmış şərait barədə məlumat verib. Sabah mübarizəyə qoşulacaq idmançımız Yekaterina Ryabovanın hazırlığı ilə maralanan Fərid Qayıbov ona uğurlar arzulayıb.


Digər xəbərlər