Tel-Əvivdə bu cüdoçularımız yarışacaq

  Bölmə: Olimpiya Növləri | 1737 | 15:02 15-02-2022
Tel-Əvivdə bu cüdoçularımız yarışacaq

Cüdoçularımız Tel-Əvivdə keçirilən “Böyük Dəbilqə” turnirinə yola düşüblər.

Beynəlxalq Cüdo Federasiyasının (IJF) təqvimində növbəti mötəbər yarışa İsrail ev sahibliyi edəcək. Cari ilin 17-19 fevral tarixlərində cüdoçularımız Tel-Əviv şəhərində keçiriləcək “Böyük Dəbilqə” turnirində medallar uğrunda mübarizə aparacaqlar. Dünyanın 34 ölkəsindən 309 idmançının qatıldığı turnirdə Azərbaycan Milli yığma komandasına baş məşqçi Mövlud Mirəliyev və böyük məşqçi Elçin İsmayılov rəhbərlik edəcək.

Komandanın üzvlərini sizə təqdim edirik:

60 kq-Kəramət Hüseynov Balabəy Ağayev 

66 kq-Yaşar Nəcəfov 

73 kq-Rüstəm Orucov Hidayət Heydərov

81 kq-Murad Fətiyev 

90 kq-Məmmədəli Mehdiyev Rüfət İsmayılov 

100 kq-Zelym Kotsoyev Elmar Qasımov

+100 kq-Uşangi Kokauri


Digər xəbərlər