"Pekin-2022" Qış Olimpiya Oyunlarında idmançımız finala yüksəlib

  Bölmə: Olimpiya Növləri | 1576 | 18:27 15-02-2022
"Pekin-2022" Qış Olimpiya Oyunlarında idmançımız finala yüksəlib

Fiqurlu konkisürmədə təmsilçimiz finala yüksəlib

Fevralın 15-də “Pekin-2022” Qış Olimpiya Oyunlarında Azərbaycanı fiqurlu konkisürmədə təmsil edən Yekaterina Ryabova yarışların qısa proqramında öz çıxışını edib.

Təmsilçimiz 30 idmançı arasında 61.82 xal toplayaraq 16-cı pillədə qərarlaşıb. Yekaterina Ryabova əldə etdiyi nəticəyə əsasən fevralın 17-də sərbəst proqram üzrə təşkil olunacaq yarışda iştirak hüququ qazanıb.

Təmsilçimiz 24 idmançı ilə birgə öz gücünü sınayacaq. Federasiyamız adından idmançımıza uğurlar arzu edirik!


Digər xəbərlər