Qara Qarayev ustalıq dərəcəsinə layiq görülüb

  Bölmə: Ölkə futbolu | 1620 | 16:34 22-02-2022
Qara Qarayev ustalıq dərəcəsinə layiq görülüb

Fevralın 22-də “Qarabağ” futbol klubunun oyunçusu Qara Qarayevə “İdman ustası” dərəcəsi təqdim edilib. İdman dərəcəsinə layiq görülən futbolçuya “İdman ustası” vəsiqəsini gənclər və idman nazirinin müavini Mariana Vasileva, müvafiq döş nişanını isə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov təqdim ediblər. Bu dərəcəyə layiq görüldüyü üçün minnətdarlığını bildirən Qara Qarayev nazir müavininə öz adı yazılmış futbolçu köynəyini hədiyyə edib. Təqdimatda iştirak edən komandanın baş məşqçisi Qurban Qurbanovla da görüşən Mariana Vasileva “Marsel”lə oyunda “Qarabağ”a uğurlar arzulayıb.


Digər xəbərlər