"Neftçi"nin futbolçusu Latviya klubuna keçib

  Bölmə: Ölkə futbolu | 1509 | 17:34 03-03-2022
"Neftçi"nin futbolçusu Latviya klubuna keçib

"Neftçi” futbolçusu Asim Əlizadəni icarəyə verib.

Paytaxt təmsilçisinin yetirməsi olan 22 yaşlı yarımmüdafiəçi mövsümün sonuna, yəni noyabrın 20-dək Latviyanın “Dauqavpils” klubunda çıxış edəcək.

Qeyd edək ki, “Neftçi-2”nin aparıcı futbolçularından olmuş Əlizadə əsas komandanın heyətində ötən mövsüm 1, bu mövsüm 2 rəsmi oyunda meydana çıxıb. O, U-21 yığmasının da üzvüdür.


Digər xəbərlər