Trek üzrə mövsümün açılış yarışı keçirilib

  Bölmə: Digər növlər | 1429 | 15:44 06-03-2022
Trek üzrə mövsümün açılış yarışı keçirilib

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən, Respublika Velotrekində trek velosipedi üzrə mövsümün açılış yarışı keçirilib.

5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr edilmiş yarışda 50-yə yaxın idmançı iştirak edib.

Reqlamentə əsasən velosipedçilər əvvəlcə 2 km məsafəyə fərdi ötüşmə növündə mübarizə aparıblar. Qrup ötüşməsində isə qızlar 10, oğlanlar 20 km məsafə qət ediblər.

2 növün cəminə əsasən, qızlar arasında Radha Şabanova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Aybəniz Abbaszadə 2-ci, Məryəm Əfqanzadə 3-cü olub.

Oğlanlar arasında Əmral Abduləzizli ən yaxşı göstərici ilə 1-ci yeri tutub. Şahin Eyvazov və Aqşin Bağırlı isə müvafiq olaraq 2-3-cü nəticə göstəriblər. Qaliblər Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və qiymətli hədiyyələrlə təltif ediliblər.


Digər xəbərlər