Azərbaycan güləşçisi Avropa çempionatında erməniyə qalib gəlib

  Bölmə: Güləş | 849 | 14:34 12-03-2022
Azərbaycan güləşçisi Avropa çempionatında erməniyə qalib gəlib

Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Hacıyev Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında Ermənistan təmsilçisini məğlub edib.

74 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Menua Yaribekyanla üz-üzə gəlib.

Rəqibini 12:2 hesabı ilə üstələyən Hacıyev 1/4 finala yüksəlib. O, bu raundda avstriyalı Simon Marchlla görüşəcək.


Digər xəbərlər