"Qarabağ"ın rəqibinin baş məşqçisi məlum oldu

  Bölmə: Xarici futbol | 161 | 19:09 16-06-2022
"Qarabağ"ın rəqibinin baş məşqçisi məlum oldu

Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Lex"in yeni baş məşqçisi məlum olub.

Polşa klubunu Con van den Brom çalışdıracaq. Yaxın günlərdə niderlandlı mütəxəssislə müqavilə imzalanacaq.


55 yaşlı mütəxəssisin Poznan təmsilçisinin baş məşqçisi kimi ilk rəsmi oyunu "Qarabağ"a qarşı olacaq.


Qeyd edək ki, "Qarabağ"la "Lex" arasında ilk oyun 5-6 iyul tarixində Polşada, cavab görüşü isə bir həftə sonra Bakıda baş tutacaq.


Digər xəbərlər