Messi Barselonaya gəldi

  Bölmə: Xarici futbol | 155 | 19:15 16-06-2022
Messi Barselonaya gəldi

PSJ-nin hücumçusu Lionel Messi Barselonada Uşaq Xərçəng Mərkəzinə baş çəkib.

Argentinalı superulduz tətil günlərində həyat yoldaşı ilə birlikdə San Joan de Deu xəstəxanasında onkoloji mərkəzdə olub.

35 yaşlı futbolçu xeyriyyə təşkilatı vasitəsilə bu quruma maddi yardım edib. Leo bununla bağlı sosial şəbəkə vasitəsilə paylaşım da edib: “San Joan de Deu xəstəxanasındakı Uşaq Xərçəng Mərkəzinə baş çəkmək istəyirdim. Aparılan işlər başa çatdıqdan sonra burada hər şeyin necə olduğunu görmək mənə çox maraqlı idi. Bu layihədə əməyi keçən hər kəsi təbrik edirəm. Çox şadam ki, üzərimə düşəni edə bildim. Həmçinin bu kompaniyaya qoşulan bütün insanlara təşəkkür edirəm”.

Qeyd edək ki, Lionel Messi PSJ-yə ötən ilin yayında “Barselona”dan keçib.


Digər xəbərlər