Konfrans Liqası: "Qəbələ"nin oyunlarının təqvimi açıqlanıb

  Bölmə: Ölkə futbolu | 104 | 18:43 20-06-2022
Konfrans Liqası: "Qəbələ"nin oyunlarının təqvimi açıqlanıb

"Qəbələ"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstanın "Fehervar" klubuna qarşı oyunlarının təqvimi açıqlanıb.

"Qırmızı-qaralar" ilk matçı iyulun 21-də səfərdə keçirəcək. "MOL Arena"dakı görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Komandalar arasında cavab matçı isə iyulun 28-də Qəbələ şəhər stadionunda olacaq. Həmin görüşün başlama saatı hələlik bəlli deyil.


Digər xəbərlər