"Sumqayıt" Türkiyədə 3 yoxlama oyunu keçirəcək

  Bölmə: Ölkə futbolu | 97 | 18:48 20-06-2022
"Sumqayıt" Türkiyədə 3 yoxlama oyunu keçirəcək

“Sumqayıt” iyunun 27-dən etibarən 2022/2023 mövsümü üçün hazırlıqlara start verəcək.

Hazırlığın ilk mərhələsi iyulun 15-dək Sumqayıtda keçiriləcək.

 Aleksey Baqanın komandası bu müddət ərzində bir yoxlama oyununda qüvvəsini sınayacaq.

“Sumqayıt” hazırlığın ikinci mərhələsini isə iyulun 16-dan 30-dək Türkiyənin Bolu şəhərində keçirəcək. Komandamız 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblərin kimliyi və oyunların keçiriləcəyi tarix hələlik açıqlanmayıb.


Digər xəbərlər