Teymur Rəcəbovdan növbəti heç-heçə

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində növbəti görüşünü keçirib.
O, 4-cü turda qara fiqurlarla polşalı Yan-Kşiştof Duda ilə qarşılaşıb. Oyun 41-ci gedişdə heç-heçə ilə başa çatıb.
Rəcəbov daha öncə Fransa təmsilçisi Alireza Firuzca və FİDE bayrağı altında yarışan Yan Nepomnyaşi ilə də sülhə razılaşmışdı. O, 2-ci turda ABŞ təmsilçisi Hikaru Nakamuraya uduzmuşdu.
Teymur hazırda 1,5 xalla Firuzcayla birgə 6-7-ci yerləri bölüşdürür.
İddiaçılar Turnirinə iyulun 7-də yekun vurulacaq. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək.
-
Teymur Rəcəbov ABŞ-ın daha bir təmsilçisinə uduzub
...
-
Teymur Rəcəbov bu gün ABŞ-ın daha bir şahmatçısı ilə qarşılaşacaq
...
-
Çimərlik futbolu üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb
...
-
AFFA Obradoviçlə bağlı qərarı açıqladı
…
-
İdmançımız 23 il sonra Avropa çempionatında qızıl medal qazandı
…
-
Azərbaycan cüdoçusu nüfuzlu beynəlxalq mükafata layiq görülüb
...
-
Teymur Rəcəbov ABŞ şahmatçısı ilə qarşılaşacaq
...
-
"Sabah"ın daha bir komandası çempion oldu
...
-
Azərbaycan döyüşçüləri dünya çempionatından 5 medal qazanıblar
...
-
Oleq Krapivinə dəstək
...