“Qarabağ”dan ayrılan Patrik Andradenin yeni klubu

  Bölmə: Xarici futbol | 99 | 11:23 22-06-2022
“Qarabağ”dan ayrılan Patrik Andradenin yeni klubu

Bu yaxınlarda “Qarabağ”dan ayrılan Patrik Andrade karyerasını Serbiyada davam etdirəcək.

Məlumatı başda “Teleqraf” nəşri olmaqla bu ölkənin bir neçə saytı yayıb. Kabo-verdeli yarımmüdafiəçinin Belqrad “Partizan”ı ilə azad agent kimi 3 illik müqavilə bağlayacağı bildirilir.

Onun meneceri ilə danışıqların uzun müddət davam etdiyi də bildirilib. Məlumata görə, Andrade bu gün Belqrada gedərək tibbi baxışdan keçəcək, sonra tərəflər arasında müqavilə imzalanacaq.


Digər xəbərlər