"Zirə"nin "Makkabi" ilə oyunlarının vaxtı açıqlanıb

  Bölmə: Ölkə futbolu | 589 | 16:22 23-06-2022
"Zirə"nin "Makkabi" ilə oyunlarının vaxtı açıqlanıb

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"nin İsrailin "Makkabi" (Təl-Əviv) komandası ilə oyunlarının başlama saatları açıqlanıb.

İyulun 21-də Bakıda keçiriləcək görüş saat 20:00-da start götürəcək.

İyulun 28-də Təl-Əvivdə oynanılacaq qarşılaşma isə Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.

Qeyd edək ki, ilk matç "Dalğa Arena"da, cavab görüşü isə "Blumfild" stadionunda baş tutacaq.


Digər xəbərlər