Azərbaycan cüdoçuları Avropa çempionatında 8-ci medalı qazanıblar

  Bölmə: Olimpiya Növləri | 615 | 10:43 25-06-2022
Azərbaycan cüdoçuları Avropa çempionatında 8-ci medalı qazanıblar

Azərbaycan Əli Hacızadə Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

73 kq çəki dərəcəsində rəqib israilli Yaniv Aqronov olub. Rəqibinə ipponla qalib gələn Hacızadə fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Bununla da, Azərbaycanın Avropa çempionatında qazandığı medalların sayı 8-ə çatıb. Daha əvvəl Şahin Orucov (55 kq), Nizami İmranov (60 kq) və Fidan Əlizadə (57 kq) qitə çempionu olub, Aydan Vəliyeva (48 kq) gümüş, Məhəmməd Məmişov (50 kq), Nicat Nağıyev (66 kq) və Əbil Yusubov (73 kq) isə bürünc medala sahib çıxıblar.


Digər xəbərlər