UEFA Region Kuboku: Azərbaycan təmsilçisi turnirlə vidalaşıb

Azərbaycanı UEFA Region Kubokunda təmsil edən “Cəbrayıl” ilkin seçmə mərhələnin II qrupunda növbəti oyununu keçirib.
Cavid Hüseynovun baş məşqçi olduğu komanda Belarus "Kolos"u ilə üz-üzə gəlib.
Şamaxı şəhər stadionundakı qarşılaşma "Cəbrayıl"ın 2:6 hesablı məğlubiyyəti ilə bitib. Meydan sahiblərinin qollarını 10-cu dəqiqədə Məhəmməd Xəlilov, 30-cu dəqiqədə Rəşad Həmidov vurub. Qonaqlarda isə 5-ci dəqiqə Mikalai Hurnoviç, 31-ci, 61-ci və 77-ci dəqiqələrdə Slarhei Lizunou, 72-ci dəqiqədə Dzianis Simançuk, 86-cı dəqiqədə isə Mixail Karatkeçiv fərqlənib.
Beləliklə, ilk matçda rəqibinə 1:2 hesabı ilə uduzan Azərbaycan təmsilçisi turnirlə vidalaşıb.
-
"Neftçi" "Şamaxı"ya, "Sumqayıt" "Sabah"a qarşı
…
-
"Qarabağ" "Səbail"ə qalib gəldi
…
-
"Qarabağ" "Səbail"ə qalib gəldi
…
-
Azərbaycan millisinin futbolçusu "Eyndhoven"ə keçib
....
-
"Qarabağ" "Səbail"ə qarşı
...
-
Azərbaycan Premyer Liqası: "Zirə" mövsümün açılış matçında qələbə qazanıb
...
-
"Neftçi" "Rapid"ə qalib gəldi
…
-
"Şamaxı"nın yeni loqosu təqdim olunub
...
-
"Neftçi" bu gün Avstriya klubu ilə üz-üzə gələcək
...
-
"5:0 uda da bilərik, 0:5 uduza da" - Qurban Qurbanov
…