“Sabah” hazırlıq üçün bu ölkəni seçdi

  Bölmə: Ölkə futbolu | 532 | 23:46 26-06-2022
“Sabah” hazırlıq üçün bu ölkəni seçdi

“Sabah”ın yay hazırlıq planı bəlli olub.

Komanda hazırlığa iyunun 27-də Bakıda başlayacaq. Təlim-məşq toplanışının ilk mərhələsi iyulun 15-nə kimi davam edəcək.

 İyulun 17-də isə komanda təlim-məşq toplanışının ikinci mərhələsi üçün Bolqarıstanın Bansko şəhərinə yollanacaq. Hazırlığın Bolqarıstan mərhələsi iyulun 31-nə kimi davam edəcək.

Komandanın Bakıda 2, Bolqarıstanda isə 3 yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Rəqiblər barədə qarşıdakı günlərdə məlumat veriləcək.


Digər xəbərlər