"Qarabağ" - "Lex": Cavab matçının hakimləri açıqlanıb

  Bölmə: Ölkə futbolu | 571 | 14:51 27-06-2022
"Qarabağ" - "Lex": Cavab matçının hakimləri açıqlanıb

Bakıda "Qarabağ" və Polşa "Lex"i arasında keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununa hakim təyinatları açıqlanıb.

Matçı İngiltərədən olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Endryu Medli olacaq. Ona Daniel Kuk və Harri Leonard köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Simon Huper yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Komandalar arasında ilk oyun isə iyulun 5-də Poznanda baş tutacaq.


Digər xəbərlər