"Turan Tovuz" millinin sabiq üzvünü transfer edib

  Bölmə: Ölkə futbolu | 536 | 22:22 28-06-2022
"Turan Tovuz" millinin sabiq üzvünü transfer edib

"Turan Tovuz" növbəti transferini açıqlayıb.

Tovuz təmsilçisi müdafiəçi Tərlan Quliyevi transfer edib. Milli komandanın da şərəfini qorumuş 30 yaşlı oyunçu ilə imzalanmış müqavilənin müddəti 1 illikdir.

Tərlan Quliyevin son klubu "Şamaxı" olub.

Qeyd edək ki, "Turan Tovuz" bir gündə 4 transfer həyata keçirib. Klub daha əvvəl Kamal Bayramov, Şəhriyar Əliyev və Tərlan Əhmədlini heyətinə qatıb.


Digər xəbərlər