Fərid Qayıbov Beyləqan, Horadiz və Ağdama səfər etdi

Gənclər və idman naziri Fərid Qayıbov iyulun 9-da ölkəmizin bir sıra şəhər və rayonlarında səfərdə olub.
Səfər çərçivəsində Fərid Qayıbov Beyləqan, Horadiz və Ağdam Olimpiya İdman Komplekslərinin vəziyyəti ilə tanış olub. Bu idman mərkəzlərində idman bölmələrinin artırılması, idmanın kütləviliyini artırmaq üçün silsilə tədbirlər, eləcə də regional yarışların daha çox keçirilməsi, təlim-məşq toplanışları üçün şəraitin standartlara uyğunlaşdırılması barədə müzakirələr aparılıb.
Mövcud idman bölmələrində uşaq-gənclərin məşğələlərini izləyən nazir məşqçi-mütəxəssisləri dinləyib, onlarla fikir mübadiləsi edib.
Beyləqanda Gənclər Evinin fəaliyəti ilə də tanışlıq olub. Burada gənclərin asudə vaxtının təşkili və yaradıcılıq dənəklərinin işi ilə maraqlanan nazir daha çox gənci əhatə edəcək tədbirlərin təşkili ilə bağlı tövsiyələr verib. Səfər çərçivəsində Horadiz Gənclər Evinə də baxış olub və burada fəaliyyətin qurulmasının vacibliyi vurğulanıb.
-
Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalı iştirakçıları ilə görüş keçirilib
…
-
Fərid Qayıbov İƏT-in Gənclər Forumunun prezidenti ilə görüşüb
...
-
Fərid Qayıbov: "Gənclərlə bağlı məsələlər İslam ölkələrinin əsas problemlərindən biridir"
...
-
İdman veteranları gənc idmançılarla görüşüblər
...
-
Fərid Qayıbov "scout crosfit" idman zalı ilə tanış olub
...
-
İdman naziri gənclər təşkilatlarının rəhbərləri ilə görüşüb
...
-
Fərid Qayıbov Suraxanı Gənclər Evində olub
...
-
Fərid Qayıbov dövlət mükafatlarını təqdim edib.
…
-
Fərid Qayıbov bu ölkənin səfirini qəbul edib
...
-
Gənclərlə iş şöbəsinin müdiri vəzifəsinin icrası Fuad Babayevə həvalə edildi
...