Dünya çempionatı: Sablya üzrə Azərbaycan millisi 6-cı yeri tutub

  Bölmə: Olimpiya Növləri | 267 | 22:28 23-07-2022
Dünya çempionatı: Sablya üzrə Azərbaycan millisi 6-cı yeri tutub

Misirin paytaxtı Qahirədə keçirilən qılıncoynatma üzrə dünya çempionatına yekun vurulub.

Son yarış günündə Anna Başta, Sevil Bünyatova, Səbinə Kərimova və Valeriya Bolşakovadan ibarət Azərbaycan milli komandası yarımfinala vəsiqə uğrunda Fransa ilə qarşılaşıb.

Rəqibinə 25:45 hesabı ilə məğlub olan Azərbaycan yığması 5-8-ci yerlər uğrunda ABŞ seçməsi ilə üz-üzə gəlib. Kollektiv rəqibini 45:37 hesabı ilə məğlub etsə də, növbəti qarşılaşmada Almaniya ilə bacarmayıb (41:45) və ümumi sıralamada 6-cı olub.

Qeyd edək ki, daha öncə Anna Başta qadın sablyaçıların şəxsi yarışında dünya çempionatının gümüş medalını qazanıb.


Digər xəbərlər