Mahirin komandası 5 qolla qalib gəldi

  Bölmə: Xarici futbol | 304 | 12:34 24-07-2022
Mahirin komandası 5 qolla qalib gəldi

Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) Xorvatiya çempionatında növbəti oyuna çıxıb.

Paytaxt təmsilçisi 2-ci turda "Slaven Belupo"nun qonağı olub və 5:1 hesablı qələbə qazanıb.

Zədə səbəbindən ilk turun oyununu buraxan Mahir Emreli bu görüşdə də iştirak etməyib.

İki turdan sonra 6 xal toplana "Dinamo" liderdir.

"Slaven Belupo" - "Dinamo" (Zaqreb) - 1:5

Qollar: Marina, 2 (1:0), Baturina, 7 (1:1), Orsiç, 15 (1:2), Drmiç, 20 (1:3), Misiç, 74 (1:4), Şpikiç, 90 (1:5)


Digər xəbərlər