Azərbaycanda “Yaponiya Səfirinin Kuboku” yarışı keçiriləcək

İyulun 26-da cüdonun yaranmasının 50 illik yubileyi və Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibəti ilə “Yaponiya Səfirinin Kuboku” açıq birinciliyinə start veriləcək.
U-15 kiçik yaşlı yeniyetmələr arasında iki gün təşkil olunacaq turnirdə 200-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaq. Göygöl Olimpiya İdman Kompleksində keçiriləcək yarışda Gəncə şəhərindən və digər regionlardan 35 komanda iştirak edəcək.
Turnirin əsas məqsədi Yaponiya-Azərbaycan dostluq əlaqələrinin gücləndirilməsinə dəstək göstərmək, eyni zamanda kiçik yaşlı yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formalaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.
Qeyd edək ki, turnir Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.
-
Cüdoçumuzdan Avropa Kubokunda gümüş medal
…
-
Dünya çempionatı: Sablya üzrə Azərbaycan millisi 6-cı yeri tutub
…
-
Azərbaycan cüdo yığması Qran Pridə 3 medalla 3-cü yeri tutub
...
-
Azərbaycanın son 3 cüdoçusu Qran Pridə mübarizəyə başlayır
…
-
Səid Mollayidən gümüş medal
...
-
Millinin Belarusdakı toplanışı başa çatdı
...
-
Bədii gimnastika üzrə Avropa çempionatını keçirmək hüququ Moskvadan alınaraq Bakıya verilib
...
-
Qran Pri: Hidayət Heydərov, Rüstəm Orucov və Səid Mollayi mübarizəyə başlayır
...
-
Cüdoçularımız Zaqreb Qran Pri 2022 turnirində iştirak edəcəklər
…
-
Azərbaycan karateçiləri Birmingemdə medalsız qaldı
...