Azərbaycanın qadın güləşçisi dünya çempionu oldu

  Bölmə: Güləş | 295 | 21:20 28-07-2022
Azərbaycanın qadın güləşçisi dünya çempionu oldu

Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında qızıl medal qazanıb.

49 kq-da çıxış edən idmançı finalda yaponiyalı Mihoko Takeuçi ilə qarşılaşıb. Rəqibinə 5:3 hesabıyla qalib gələn Məmmədova dünya çempionu olub.

43 kq çəki dərəcəsindəki Elvina Kərimzadə isə 3-cü yer uğrunda görüşdə qazaxıstanlı Arina Abdullinaya "tuşe" ilə qalib gələrək bürünc medala sahib çıxıb.


Digər xəbərlər