"Turan Tovuz" son yoxlama oyununda qalib gəlib

  Bölmə: Ölkə futbolu | 175 | 00:53 30-07-2022
"Turan Tovuz" son yoxlama oyununda qalib gəlib

“Turan Tovuz” Gürcüstandakı təlim-məşq toplanışında sonuncu yoxlama oyununu keçirib.

Azərbaycan Premyer Liqasına qayıdan klub Tbilisidə yüksək liqa təmsilçisi "Qaqra" ilə üz-üzə gəlib.

Tovuz komandası Ayxan Hüseynov və Natan Oduvanın qolları ilə meydandan 2:1 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, Gürcüstan toplanışını 2 qələbə, 1 heç-heçə ilə başa vuran komanda iyulun 30-da Vətənə dönəcək.


Digər xəbərlər