"Neftçi" "Rapid"ə qalib gəldi

  Bölmə: Ölkə futbolu | 67 | 07:07 05-08-2022
"Neftçi" "Rapid"ə qalib gəldi

Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin oyunları davam edir.

Turnirdəki təmsilçimiz "Neftçi" də meydana çıxıb.

Laurentsiu Regekampfın komandası Avstriya “Rapid”ni qəbul edib. “Bakcell Arena”da keçirilən görüş "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 11-də Vyanada keçiriləcək.

4 avqust

Konfrans Liqası
3-cü təsnifat mərhələsi
İlk oyun

21:00. “Neftçi” (Azərbaycan) – “Rapid” (Avstriya) - 2:1

Qollar: Ataa Caber, 44 (1:0), Kenni Sayef, 61 (2:0),Quido Burqstaller, 90+5 (2:1)
Baş hakim: Dario Bel (Xorvatiya)
Bakı. “Bakcell Arena”


Digər xəbərlər