Məşhur İtalyan klubu Qaret Beyldən ucuz qiymətə satılır

  Bölmə: Xarici futbol | 5008 | 21:53 04-10-2016
Məşhur İtalyan klubu Qaret Beyldən ucuz qiymətə satılır

İtaliyanın “Palermo” klubu satıla bilər. Olimpsport.az xəbər verir ki, bu barədə prezident Maurisio Camparini açıqlama verib.

 

Klub rəsmisi bildirib ki, çinli investorlarla danışıqlar davam edir və yaxın zamanda 100 milyon avroya anlaşma əldə olunacaq.

 

O, danışıqların il sonuna kimi yekunlaşacağına ümid etdiyini də qeyd edib.

 

Qeyd edək ki, Pol Poqba, Kristiano Ronaldo, Qaret Beyl kimi oyunçuların 100 milyonun üzərində məbləğlərə transfer edildiyi bir zamanda köklü klubun qiyməti yerli mətbuatda maraqlı müzakirələrə səbəb olub.(Apasport.az)


Digər xəbərlər