Azarkeşlər flaqmana hücum etdi

  Bölmə: Ölkə futbolu | 10654 | 18:02 27-11-2016
Azarkeşlər flaqmana hücum etdi
Premyer-liqanın 13-cü turunda baş tutan "Kəpəz" - "Neftçi" matçından sonra xoşagəlməz olay yaşanıb.
 
Olimpsport.az xəbər verir ki, artıq komandanın uğursuz nəticələrindən bezən "Neftçi" azarkeşləri etirazlarını sərt formada bildiriblər. 
 
Artıq neçə turdu məğlubiyyətlərdən yaxa qurtara bilməyən futbolçulara elə flaqmanın öz azarkeşləri hücum edib. 
 
Son məlumata görə olay zamanı ciddi xəsarət alan olmayıb. Ətrafdakıların və asayiş keşikçilərinin müdaxiləsi sayəsində komandanın üzvlərini birtəhər paltardəyişmə otağına aparmaq olub.

Qeyd edək ki, bu gün Gəncədə keçirilən "Kəpəz" - "Neftçi" matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.A(Sport7)

Digər xəbərlər