"İnter"in futbolçusu son mənzilə yola salındı

  Bölmə: Xarici futbol | 4665 | 11:31 05-12-2016
"İnter"in futbolçusu son mənzilə yola salındı

Şapokoense” klubunun uğradığı təyyarə qəzasında dünyasını dəyişən Filipe Maçado son mənzilə yola salınıb. Olimpsport.az  xəbər verir ki, Bakı “İnter”inin sabiq müdafiəçisinin cənazəsi dəfn mərasimindən öncə “Qremio Arena”ya aparılıb.

 

Stadiona toplaşan yüzlərlə insan Maçado ilə vidalaşıblar. Mərasimə Filipenin dostları xüsusi forma ilə gəliblər. Belə ki, onlar Maçadonun doğum tarixini (1984-cü il) əks etdirən 84 nömrəli formanı geyiniblər.

 

Mərasimdə Maçadonun həyat yoldaşı və bacısı kədərlərini bölüşüblər. Filipenin xanımı Alina Maçado bunları deyib: “Bizim həyatımız zülmətə qərq oldu. Ağlımızı itirmək üzrəyik. Tanrıya şükürlər olsun ki, ətrafımızdakı insanların dəstəyini hiss etdik. Onlar dərdimizi bölüşdülər”.

 

Filipenin bacısı Prisçilla Maçado isə bədbəxt hadisənin baş verdiyinə hələ də inanmadıqlarını bildirib: “Çox ağır durumdu. Qardaşım yaxşı insan idi. Karyerasının ən gözəl vaxtını yaşayırdı. Heç kim ağlına belə gətirməzdi ki, gənc yaşlarında dünyasını dəyişəcək”.

 

Qeyd edək ki, Filipe Maçado 2010-2011 mövsümündə “İnter”in formasını geyinib. (Apasport) 


Digər xəbərlər