Budaq "Sportinq"in heyətində 10-cu oyununu keçirib

  Bölmə: Xarici futbol | 8106 | 11:06 11-12-2016
Budaq "Sportinq"in heyətində 10-cu oyununu keçirib

Ötən gün Portuqaliya Sequndasında XVIII turun oyunları keçirilib. 

 

Olimpsport.az xəbər verir ki, millimizin üzvü Budaq Nəsirovun formasını geyindiyi "Sportinq"in B komandası doğma azarkeşləri önündə "Portu"nun B komandası ilə qarşılaşıb. 


"Portu" Lissabon təmsilçisini 2:1 hesabı ilə məğlub edib.

 

Budaq Nəsirov bu matça start "11-lik"də başlayıb və sona qədər mübarizə aparıb. Gənc yarımmüdafiəçi 82-ci dəqiqədə rəqib futbolçu ilə mübarizədə qaydanı pozduğu üçün sarı vərəqə ilə cəzalanıb. 

 

Qeyd edək ki, bu, Budaqın "Sportinq"in heyətində keçirdiyi 10-cu oyun olub. Nəsirov geridə qalan 10 oyunda 1 qol vurub, 2 dəfə sarı vərəqə ilə cəzalanıb. 

 

Xatırladaq ki, "Sportinq" B 24 xalla 9-cu, "Portu" B isə 24 xalla 8-cidir.

 


Digər xəbərlər