Rövnəq Abdullayev: "Onları Premyer Liqaya buraxsaq...”

  Bölmə: Ölkə futbolu | 8901 | 16:13 08-06-2016
Rövnəq Abdullayev:

AFFA prezidenti Rövnəq Abdullayev hazırda Premyer Liqadan kənarda qalan “Bakı” və “Xəzər Lənkəran”ın hazırkı durumundan danışıb.

Olimpsport.az saytının məlumatına görə, AFFA prezidenti bu klubların ciddi maliyyə problemləri ilə üz-üzə olduğunu qeyd edib: “Bakı”nın böyük maliyyə problemləri var. Ötən mövsüm komandanın 15 xalı silindi. “Bakı”nı Premyer Liqaya buraxsaq, “minus”a işləyəcəklər. İnanmıram ki, komandanın maliyyə durumu düzəlsin. Həmin borcları ödəmək çətindir. Həm “Bakı”nın, həm də “Xəzər Lənkəran”ın çox yaxşı infrastrukturu var. Hazırda hər iki klubun rəhbərliyi ilə danışıqlar aparırıq. Çalışırıq ki, bu infrastrukturu Azərbaycan futboluna cəlb edək. Düşünmürəm ki, bu klublarda yenidən inkişaf olsun”.


Digər xəbərlər