Samir Əliyev: “Səbail”də heç kim başqasından artıq deyil”

  Bölmə: Ölkə futbolu | 3402 | 11:18 21-10-2017
Samir Əliyev: “Səbail”də heç kim başqasından artıq deyil”

Topaz Premyer Liqasının 9-cu turunda evdə “İnter”ə qalib gələn (1:0) “Səbail”in baş məşqçisi Samir Əliyev oyunsonrası mətbuat konfransı təşkil edilib.  Əliyev birbaşa sualları cavablandırıb:

- “Neftçi” ilə oyundan sonra komandanı toparlamaq çətin olmadı ki?
- Bəli, çətinlik çəkdik. “Neftçi” bizə əsl şok yaşatdı. Bir neçə yeni oyunçuya şans vermişdim. Əsas məqsədimiz o idi ki, qol buraxmayaq. Sevindirici haldı ki, əvvəlki oyunlardan fərqli olaraq, bu dəfə qol buraxmadıq. Qarşıda bizi “Qəbələ” və “Qarabağ”la çətin oyunlar gözləyir.

- Eltun Yaqublu əvvəlcə Nurlan Novruzovla, sonra isə Maudo Jarjue ilə mübahisə etdi. Bildiyimiz qədər ilə onun klub rəhbərliyində təmsil olunan şəxslərlə yaxınlığı var. Sanki futbolçu onlara arxalanaraq meydanda bu cür hərəkətlər edir...
- Eltun komandanın kapitanıdı. Bu məsələylə bağlı futbolçularla danışacağıq. Hər iki futbolçunu cəza gözləyir. Bizim əsas məqsədimiz intizam yaratmaqdı. Statistikaya nəzər salsaq, görərik ki, çempionatda ən az sarı vərəqə alan komandalardanıq. Bu gün də heç nədən iki sarı vərəqə aldıq. Bu komandada heç kim başqasından artıq deyil. Futbolçularımızın da hamısı təxminən eyni səviyyədədi. Eltun ötən oyunda ehtiyatda qalmışdı. Bunun da bəzi səbəbləri var idi. Bu cür hallara yol verə bilmərik.


Digər xəbərlər