Tovuzda Bayraq Günü münasibətilə şahmat turniri keçirilib

  Bölmə: Tovuz Gənclər Evi | 6208 | 15:36 05-11-2017
Tovuzda Bayraq Günü münasibətilə şahmat turniri keçirilib

" Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət proqramına əsasən Tovuz Gənclər Evində 9 Noyabr Bayraq Gününə həsr olunmuş yeniyetmə oğlan və qızlar arasında şahmat turniri keçirilib.


Tovuz Gənclər Evinin və Tovuz Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən turnirin açılışı Azərbaycan Respublikasının Dövlət himni səsləndirilməsi ilə başlayıb.


Sonra Gənclər evinin direktoru Rauf Rüstəmov və Tovuz Olimpiya Kompleksinin direktoru Mübariz Məmmədov çıxış edərək Bayraq Günü münasibətilə iştirakçıları təbrik edib, onlara uğurlar arzulayıblar.

 

Turnir çox əzmkar və gərgin mübarizə şəraitində keçib.


Sonda turnirdə yer tutmuş iştirakçılara təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələr təqdim olunub.


Qeyd edək ki, turnirin keçirilməsində əsas məqsəd yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, şahmat oyununa yeniyetmələrin marağının artırılmasına, perspektivli şahmatçıların üzə çıxarılmasına və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkil olunmasına nail olmaqdır.


Digər xəbərlər