BOS-dan azarkeşlərə müraciət

  Bölmə: Ölkə futbolu | 6831 | 22:19 21-11-2017
BOS-dan azarkeşlərə müraciət

Bakı Olimpiya Stadionu (BOS) noyabrın 22-də Çempionlar Liqasının qrup mərhələsinin V turunda "Qarabağ” və "Çelsi” arasında keçiriləcək matçla əlaqədar azarkeşlərə müraciət edib. BOS-un rəsmi "Facebook” səhifəsində stadiona gəliş-gediş sxemi təqdim edilib.

Arenaya gələrkən E qapısında yerləşən Şərq körpüsündən və S qapısında yerləşən Cənub körpüsündən, çıxış zamanı isə BNA tərəfindən təqdim olunan avtobuslara getmək lazım olduğu bildirilib. Həmçinin İctimai Dayanacağa getmək üçün N qapısında yerləşən Şimal körpüsündən, metronun "Koroğlu” stansiyası üçün isə S qapısında yerləşən Cənub körpüsündən istifadə edilməlidir. Heydər Əliyev prospektində yerləşən İctimai Dayanacaq oyuna 3 saat qalmış açıq olacaq.

Xatırladaq ki, BOS-dakı oyun saat 21:00-da başlayacaq. 


Digər xəbərlər